“1 Mart Ümumdünya Mülki Müdafiə günüdür”

“1 Mart Ümumdünya Mülki Müdafiə günüdür”.Bakı şəhəri 35 №-li tam orta məktəbdə 1 Mart Ümumdünya Mülki Müdafiə günü ilə bağlı məktəbin foyesində təşkil edilmiş sərgi ilə tanışlıq keçirildi. Sonra məktəbin geniş İdman zalında ümumi şagird kontingenti üçün tədbir təşkil olundu. Tədbirdə şagird və müəllimlərlə yanaşı məktəbin direktoru, Mülki Müdafiə rəisi R.Ə.Naibova və qərargah rəisi A.Sofuyev də iştirak etdilər. Məktəbin direktoru R.Ə.Naibova şagirdlərin qarşısında çıxış etdi. Bundan sonra GÇQH müəllimi Qurbanov Ümumdünya Mülki Müdafiə günü ilə əlaqəli “Mülki Müdafiə və Yeni İnformasiya Texnologiyaları” mövzusunda şagirdlərə geniş məlumat verdi. Yuxarı sinif şagirdləri fövqəladə hallar zamanı istifadə olunan əleyhiqazların geyilmə qaydalarını nümayiş etdirdilər. Kiçik yaşlı şagirdlər də həmin geyim qaydalarını təkrarladılar. Bundan sonra hər hansı fövqəladə hal baş verərsə necə tibbi yardım göstəriləcəyi haqda məktəbin MM sanitariya postunun manqa komandiri məlumat verdi və nümunələr nümayiş etdirdi. Şagirdlərə məktəbin akt zalında onlar üçün Mülki Müdafiə gününə həsr olunmuş film nümayiş etdirildi. Həmin filmdə Fövqəladə hallar zamanı Respublikanın Fövqəladə Hallar Nazirliyinin göstərdiyi ilk yardımlar:1) Yanğından mühafizə;2) Xəzər hövzəsində xilas etmə;3) Xüsusi risqli xilas etmə dəstələri;4) Mülki Müdafiə qoşunları;5) Dövlət sulardan mühafizə işləri;6) Aviasiya dəstələri;7) Tibbi xidmətin nümayəndələrinin əhalinin və ərazinin təhlükələrdən necə xilas edildiyinin sübutunu çatdırdılar
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi