“REPRODİKTİV SAĞLAMLIĞIN TƏDRİSİ” PROQRAMI ÇƏRÇİVƏSİNDƏ SEMİNAR.

Məktəbimizdə Təhsil Nazirliyinin təşəbbüsü ilə “Reprodiktiv sağlamlığın tədrisi” proqramı çərçivəsində seminar təşkil edildi. Seminarı Rövşanə xanım apardı. Seminarda VI sinif qızları və valideynlər iştirak etdilər. Şagirdlərin sağlam böyüməsi, onların zərərli vərdişlərdən qorunması, habelə gələcəkdə sağlam ailə qurması üçün uşaq və yeniuetmələr arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıqla bağlı məlumat verdi və onlara bu məlumatı əks etdirən video çarx nümayiş etdirdi. Seminarda şagirdləri maraqlandıran suallara cavab verildi.