“GƏNC FİZİKlƏR”

Fizika müasir həyatın, kompüterləşdirilmiş dünyanın ən önəm verilən və gələcəyin qurucuları olan şagirdlərimizin öyrənməli olduqları fənlərdəndir.
Bu məqsədlə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkil etdiyi “Gənc fiziklərin yaradıcılıq müsabiqəsi” məktəbimizdə sevinclə qarşılandı və bu adda tədbir keçirildi. Yuxarı siniflər arasında keçirilən tədbirdə şagirdlərimiz komandalarda birləşərək iştirak etdilər. Verilən suallar cavablandırıldı. Seçim aparıldı. Ən yaxşı şagirdlərdən üç nəfəri rayon turunda iştirak etmək hüququ qazandı.