Aprel döyüşləri

Ölkəmizdə 2016-cı il aprel döyüşlərinin üçüncü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir. Məktəbimizdə də aprel döyüşləri , Azərbaycan ordusunun gücü ,qüdrəti , düşmən həmləsinin qarşısının alınmasına həsr olunan dərslər , “ Dəyirmi masa ” lar , mühazirələr təşkil olundu. Belə dərslərdən biri də 3b sinfində keçirildi.Sinif müəllimi Yasəmən Bayramova həmin döyüşlər haqqında , qələbəmiz haqqında , işğaldan azad edilmiş ərazilərimiz haqqında danışdı. Uşaqlar mövzuya aid filmlərə baxdılar.