“Novruz bayramı”

Novruz Azərbaycanın ən sevimli, adət ənənəsi, dəyərləri ilə xalqımıza xas bayramdır. Bu bayram Azərbaycan xalqının etnokulturologiyasında özünəməxsus yeri olan milli bayramdır. Novruz bir bayram kimi baharın gəlməsi münasibətilə geniş miqyasda qeyd olunur. Novruzu xalqımız çox böyük həvəslə qarşılayır. Yaşıl səməni üzərinə rəngbərəng çiçəklər düzür, süfrələrin bəzəyi olan şirniyyatlar bişirir, evlərdə şənliklər keçirir, gələn qonaqları sevinclə qarşılayır, Novruzun çərşənbələrini hər birinin adına uyğun qarşılayır və yola salırlar.
Belə adətləri şagirdlərimiz təşkil olunmuş rəsm müsabiqəsində öz əl işləri ilə nümayiş etdirmişlər