XOCALI SOYQIRIMINI UNUTMAYAQ.

Azərbaycanın tarixində çox dəhşətli hadisələr baş vermişdir. Bu dəhşətlər içərisində Qan yaddaşımıza qanla yazılan Xocalı faciəsi XX əsrin ən fəlakət saçan, qırılan qocası, cavanı, uşaqları ilə tarixin amansız səhifəsinə çevrilmişdir. Bu fəlakət üçün ağlayan xalqımız 24 ildir itkin düşən, əsr aparılan oğul və qızlarının nə vaxt qayıdacağını gözləyir. Ağırlığı ürəklərlə yanaşı çiyinləri göynədən bu soyqırım hər il xalqımız tərəfindən acı –acı anılır. Belə anım tədbirlərindən biridə 24 fevralda 35 №li tam orta məktəbdə keçirilmişdir. Burada şagirdlərimiz həmin acı tarix haqqında şeirlər söyləmiş, səhnəciklər göstərmiş, tədbirdə iştirak edən şagird və müəllim kollektivini göz yaşlarına boğmuşdur. Tariximizin ən ağır soyqırımı olan Xocalı faciəsinin dünyaya tanıdılması, bu fəlakətin , acılarının imkansız olduğunu öz qəlbi ilə anlayan ulu öndərimiz H.Əliyevin dünyaya səslənişini dinləmiş, bu acını bir daha yaşamışlar.