XOCALISIZ 27 İL

27 ildir Xocalı həsrəti, xocalı ağrısı ilə yaşayan insanlarımızın istək və arzularını reallaşdırmağa çalışan müəllim və şagirdlərimiz hər il məktəbimizdə fevral ayında XX əsrin xalqımıza qarşı törədilən ən ağır soyqırımı “ Xocalı soyqırımı ”nı yad edir, müəyyən tədbirlər keçirirlər.Belə tədbirlərdən “Xocalısız 27 il”mövzusunda rəsm , “ Xocalıların kədəri və ümidi” mövzusunda inşa yazı müsabiqələri təşkil edildi. Müsabiqələrdə şagirdlərimiz yaxından iştirak etmiş, xocalı haqqında ,onun mədəniyyəti, tarixi abidələri,itkin düşən , əsir götürülən, əzab əziyyətlər içərisində yandırılan insanları haqqında öz fikirlərini rəsm və inşa yazılarında əks etdirmişlər.