Şeir müsabiqəsi

Dilin insan varlığının mayəsi olduğunu hamımız bilirik.Dilimiz saflığı , təmizliyi, müstəqilliyi ilə dillər içərisində diqqət çəkən ən gözəl dillərdəndir. Bu saflığın qorunması isə hər birimizin müqəddəs borcudur. Odur ki , biz tez-tez məktəbdə dillə bağlı şeir , inşa müsabiqələri keçirir, şagirdlərin dilimizi daha mükəmməl mənimsəmələri üçün çalışırıq.

   Bakı şəhəri üzrə Təhsil İdarəsinin  “Azərbaycan dili milli varlığımızdır ” mövzusunda məktəblilər arasında təşkil etdiyi müsabiqə məktəbimizdə də həvəslə keçirilmiş şagirdlərimiz yaxından iştirak etmiş və öz qabiliyyətlərini nümayiş etdirmişlər. Şagirdlər arasında bir nəfər müsabiqənin qalibi olmuş və növbəti tura göndərilməsi müəyyənləşdirilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi