İxtisas seçimi başlandı

06.02.2019-cu ildə şagirdlərin düzgün ixtisas seçimi məktəbin akt zalında Qərbi Kaspi Universitetinin əməkdaşları ilə X, XI sinif şagirdlərinin görüşü təşkil olunmuşdur. Görüş şagirdlərda düzgün ixtisas seçiminin aparılması bacarığı, onların imtahan öncə psixoloji gərginliklərinin minimuma endirilməsi məqsədi ilə təşkil olunmuşdur.
Şagirdlərə universitet haqqında geniş məlumat verildi. Qərbi Kaspi Universitetində fəaliyyət göstərən fakültələr və ixtisaslar haqqında, həmin ixtisasların üstünlükləri şsgirdlərə çatdırıldı. Sonda şagirdləri maraqlandıran suallar cavablandırıldı.