“ Şəhidlər unudulmur ”

1990-ci ildən hazıra qədər 20 Yanvar şəhidlərinin unudulmaz xatirəsi respublikamızın hər yerində anılır. Təhsil müəssisələrində 20 Yanvar faciəsi ilə bağlı bir sıra tədbirlərin keçirilməsi planlaşdırılıb. Bununla əlaqəli olaraq məktəbimizdə müxtəlif tədbirlər, dəyirmi masalar, sərgi və inşa müsabiqələri təşkil edilir. Belə tədbirlərdən biri məktəbin psixoloqu Könül Hüseynovanın rəhbərliyi ilə keçirilən “dəyirmi masa”oldu. “Dəyirmi masa” da şagirdlərə faciə ilə bağlı məlumat verildi və diskussiya aparıldı. Bu qanlı hadisədən illər keçməsinə baxmayaraq şagirdlər fikirlərini söylədilər ,yazılmış əsərlərdən nümunələr səsləndirdilər. Xalqımız o müdhiş gecəni daim xatırlayır , bu faciəni törədənlərə öz dərin nifrətini bildirir. Xalqımızın qan yaddaşında əbədi yazılan 20 Yanvar faciəsi məktəbimizdə hər il ümumxalq hüzn günü kimi geniş qeyd edilir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi