“Məzunların sürətlə şəbəkələşməsi”

ADA-da 12.02.2016-cı il tarixində ABŞ-ın Azərbaycandakı səfirliyi,Britaniya Şurasının və TREX (Təhsildə Əməkdaşlıq) ilə keçirilən tədbirdə 35 №-li məktəbin ingilis dili müəllimi Rəsmiyyə Mehdiyeva iştirak etmişdir. O,2007-ci il ABŞ-ın Nebraska universitetində təcrübə keçmişdir. Tədbirin mövzusu “ABŞ-da təhsil alan məzunların sürətlə şəbəkələşməsi”olmuşdur.Burada məqsəd müxtəlif peşə sahələrində çalışan məzunların işbirliyi ilə tanış olmaq ,onları bir araya gətirmək və görülən işlərdən danışmaq tədbir planına daxil idi.R.Mehdiyevanın kurikulum proqramı əsasında keçirdiyi müasir dərslər barəsində çıxışı maraqla dinlənildi. Burada elektron dərslər və tədbiq olunan yeniliklər,illərin təcrübəsi və ABŞ-da əldə edilən təcrübə öz əksini tapmışdı.Tədbirdə müzakirə edilən yeniliklər gənclər tərəfindən alqışlarla qarşılandı.Ümumiyyətlə,nail olduğumuz uğurları öyrənənlərlə bölüşmək,novatorluğa can atan müəllimlərlə görüşüb fikir mübadiləsi aparmaq əsas mövzumuz oldu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi