“İçərişəhər” qoruğuna ekskursiya

Məktəbin VIII sinif şagirdlərinin iştirakı ilə “ İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsinin struktur qurumu olan Şirvanşahlar saray kompleksində ilk dəfə nümayiş olunan “Şirvanşahlar dünya irsi muzeylərində” adlı sərgiyə ekskursiya təşkil olunub. Sərgidə Metropolitan,Ermitağ və dünya muzeylərinin kolleksiyalarına daxil edilmiş şirvanşahlar dövrünə aid eksponatların, innovativ yenilik olan 3D holoqramlarla təqdimatı həyata keçirilib. Sərgidə həmçinin “Türkiyənin Əsgəri” muzeyinin kolleksiyalarında yer alan Şirvanşah Keyqubad və Şirvanşah Xəlillulaha məxsus zirehli geyimlər, XV əsr şah Fərrux Yaşara aid dəbilqələr, eləcə də Gürcüstan Milli muzeyinin fondunda saxlanılan unikal eksponatlar şagirdlər tərəfindən böyük maraqla qarşılandı.
Vətən tarixini daha yaxından öyrənmək və təbliğ etmək baxımından belə sərgilərin keçirilməsi çox əhəmiyyətlidir.