Biz narkomaniyaya yox deyirik.

Pis vərdişlərinqarşısının alınması üçün,əsasən, məktəblərdə,digər idarə və təşkilatlarda müəyyən tədbirlər təşkil edilir, bu bəlanın qarşısının alınması, sağlam mühitin və gələcəyin yaradılması, gənclərimizin daha sağlam böyüməsi təşkil və təmin edilir. Belə tədbirlərdən biri də 35№li tam orta məktəbin XI sinif şagirdləri ilə keçirildi. Tədbirdə Nəsimi rayonu Polis İdarəsinin Polis mayoru Əsədli Firdovsi, Polis kapitanı Sayadlı Faiq iştirak etdilər. Nəsimi Rayon Polis İdarəsinin nümayəndəsi narkomaniyanın, siqaretin insanlar arasında necə yayılmasından, bu bəlanın qarşısının alınması üçün aparılan işlərdən, görülən tədbirlərdən danışdı. O qeyd etdi ki, narkotik maddə gəzdirən, satan və ya istifadə edən hər kəs həm xalqının, həm ailəsinin, həm də özünün ən böyük düşmənidir. Narkomaniyanın ölüm olduğunu, insanları məhv etdiyini bilən, lakin ondan hər hansı bir yolla istifadə edən insanlardan uzaq olmaq lazımdır. Siz, şagirdlər, öz aranızda belə birini tanıyırsınızsa onu bu bəladan qurtarmağa, düz yola çəkməyə, yaxşılara qoşulmağa çağırın, özünüz də belə işlərlə məşğul olanlardan kənarlaşın. Biz polis işçiləri,xalqımızın övladlarının qaranlıq mühitə düşməsinin, uçuruma yuvarlanmasının qarşısını almağa çalışır və mübarizə aparırıq. Tədbirdə iştirak edən səlahiyyətli nümayəndələr şagirdlərimizin verdikləri sualları ətraflı şəkildə cavablandırırlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi