"Heydər Əliyev irsinin öyrənilməsi".

"Heydər Əliyev irsinin öyrənilməsi" mövzusunda dərslərin təşkilində əsas məqsəd Ulu Öndərin dövlətçilik siyasəti və azərbaycançılıq məfkurəsinin öyrənilməsi, Onun zəngin irsinin tədqiqi və təbliği, şagirdlərin müvafiq biliklərinin zənginləşdirilməsi, ölkəmizin dövlət quruculuğu prosesində Ümummilli Liderin rolunun və xidmətlərinin gənc nəslə çatdırılmasından ibarətdir. Dahi Lider Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı müxtəlif mövzuları əhatə edən dərsi 42№li tam orta məktəbin müəllimi Hüseynova Gülçin Məhəmməd qızı apardı.

Dərs zamanı Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurucusu kimi hər bir azərbaycanlının taleyində müstəsna rol oynadığı barədə məruzələr dinlənilir. "Azərbaycanda hüquqi və demokratik dövlət quruculuğunun həyata keçirilməsi", "Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışı", "Ulu Öndər Heydər Əliyev və milli-mədəni irsimiz" və digər bu kimi mövzulardakı məruzələrdə Ümummilli Liderin zəngin irsinin dərindən və hərtərəfli öyrənilməsinin böyük əhəmiyyətə malik olduğu vurğulanır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi