“ İçərişəhər qoruğu”na ekskursiya.

Şagirdlərin dünyagörüşlərinin zənginləşməsi, yaşadıqları şəhərləri, onun gözəlliklərini, tarixi abidələrini görmək və tanımaq, yaddaşlarına yazmaq məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin xətti ilə təşkil olunan İçərişəhər qoruğuna ekskursiyaya məktəbimizin şagirdləri də çox böyük həvəslə qoşuldular. İçəriçəhərin tarixi abidələri haqqında bələdçilərin verdikləri məlumatlar onların yaddaşına yazıldı. Şagirdlərimiz şəhərimizin tarixi abidələri və onların tarixi haqqında bildiklərini bələdçilərlə bölüşdülər.