"Uşaq hüquqlarının pilləli tədrisi"

9 fevral 2016-cı il tarixində Bakı şəhəri 35 №li tam orta məktəbdə Uşaq Hüquqları ilə əlaqədar tədbir keçirilmişdir. Azərbaycan Respublikası Ombudsman aparatının nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə məktəblilər 3 pilləli tədris qrupuna bölünmüşlər. Hər qrupa müvafiq materiallar əsasında Uşaq Hüquqlarının tarixi, Azərbaycanda Uşaq Hüquqlarının vəziyyəti haqqında məlumat verilmişdir. Tədbir çox maraqlı keçdi, həm nümayəndələr, həm də şagirdlər razı qaldılar.