"Ölkəmizi tanıyaq" - maarifləndirici tur-aksiyası 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, 14-17 noyabr 2018-ci il tarixlərdə  "Ölkəmizi tanıyaq" devizi ilə yeniyetmələrin respublikamızın müxtəlif rayonları ilə tanışlığı üçün növbəti   maarifləndirici tur-aksiyası  təşkil olunmuşdur.  Tur aksiya zamanı  şagirdlər Gəncə şəhərində Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, Heydər Əliyev Mərkəzində olmuşlar. Daha sonra tur-aksiya iştirakçılarının böyük mütəfəkkir, dahi Azərbaycan şairi Nizami Gəncəvinin türbəsinə, Qədim Qala divarlarına, Gəncə tarix diyarşünaslıq muzeyini, “İmamzadə” kompleksinə, Cömərdi Qəssab Türbəsinə, Nizami Gəncəvi adına Mərkəzə, Cavad xan Məqbərəsinə, Cümə məscidinə, Şah Abbas məscidinə, Çökək hamama, Xan bağına, Gəncə Dövlət Filarmoniyasına, Göygöl rayonunda Heydər Əliyev mərkəzinə, Bayraq muzeyinə və meydanına, Gənclər Mərkəzinə, Alman kirxasına, Tarix-diyarşünaslıq muzeyinə, Şəmkir şəhərində  Heydər Əliyev mərkəzinə, Bayraq muzeyinə, Gənclər Mərkəzinə, Abidələr parkına, Alman kilsəsinə, “İstiqlal” parkına  ekskursiyası təşkil olunub. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi