“Bilik yarışı”

“Bilik yarışı” şagirdlərin önünü açan,qabiliyyətlərini üzə çıxaran ,tutduqları yolda daha inamla addımlamaqlarına kömək edən yarışdır.Hər il olduğu kimi bu tədris ilində də məktəbimizdə fənləri əhatə edən belə bir yarış keçirildi. Yarışda şagirdlərimiz böyük həvəslə iştirak etdilər və keçən tədris ilində Respublika olimpiadasında “gümüş medala” layiq görülmüş,buraxılış imtahanını müvəffəqiyyətlə verərək qəbul imtahanlarından 696 bal toplamış və qızıl medalla təltif olunmuş şagirdimizin yolunu davam etdirmək üçün biliklərini mümayiş etdilər.