Konstitusiya günü

Hər il olduğu kimi bu ildə məktəbimizdə konstitusiyamızın yarandığı gün qeyd edildi və buna aid tədbir keçirildi.Lakin bu tədbirlərin ən mükəmməli Nəsimi Rayon İcra Hakimiyyətinin təşkil etdiyi və məktəblər arasında keçirdiyi tədbir oldu.Bu tədbirdə məktəbimizin X sinif şagirdi Müdafiə naziri vəzifəsində iştirak etdi və ordumuz,tarixi,qazandığı nailiyyətlər haqqında tədbir iştirakçılarına məlumat verdi.Şagirdimizin danışığı ilə yanaşı təşkil etdiyi videoçarxlar da iştirakçıların və zalda oturanların böyük marağına səbəb oldu və şagirdimiz Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən diplomla təltif olundu.