Mənim sevimli bayrağım

Məktəbimizdə “bayraq gününə həsr olunmuş bir neçə tədbir,dəyirmi masa keçirildi.Belə tədbirlərdən biri də ibtidai siniflərin müəllimləri ilə birgə hazırladıqları tədbir oldu. Burada şagirdlər öz kövrək əlləri, titrək barmaqları ilə bayraqlar çəkmiş, divar qəzetləri çıxarmış,şeirlər söyləmiş,bayrağımızın yaranma tarixi haqqında məlumatlar vermişlər.3a sinfində Ş.Mahizər müəllimin və 4a sinfində B.Gültəkin müəllimin öz şagirdləri ilə təşkil etdiyi bu tədbirlər kiçik yaşlıların bayraq sevgisini daha da yüksəltmişdir.