Bayraq mənliyimdir.

Bayraq vətən tarixinin, onun keçdiyi qolun, dövlətlər arasında hansı nüfuza malik olduğunun göstəricisidir.
Məktəbimizdə 9 noyabr “Bayraq günü”nə həsr olunmuş tədbirlər arasında Azərbaycan dili və ədəbiyyat müəllimi Zivər Rəhimbəylinin 5a sinfində təşkil etdiyi “dəyirmi masa” kiçik yaşlı övladlarımızın bayraq sevgisini, vətən məhəbbətini nümayiş etdirdi. Ürəklərinin üstündəki cibinə bayrağı yerləşdirib, bir nəfər kimi üç rəngli bayrağı göz önünə sərən şagirdlər ona həsr olunmuş şeirlər söylədilər, təqdimatlarla çıxış etdilər. Şagirdlər tərəfindən ağ kağız üzərinə çəkilmiş, yanında hər bir fidan şagirdin ürək sözləri yazılmış əl işləri qürur verici görünürdü.
Səmimi hislər və gələcəyə inam üzərində qurulmuş dəyirmi masada şagirdlərin bayraq haqqında söylədikləri fikirlər bayrağımızın tarixinə həsr olunmuş videoçarxın nümayişi ilə sona çatdı.