MÜƏLLİMLƏR GÜNÜ.

Müəllimlər günü YUNESKO-nun qərarı ilə 1966-cı ildən qeyd edilir. Ölkəmizdə müəllimlər günü 1993-cü ildən qeyd edilməyə başlanıb. “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var”. “Mən dünyada müəllimdən şərəfli ad tanımıram” deyən ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb. “Hər kəs öz tərcümeyi-halı, öz həyat yolu ilə məktəbin, müəllimin insanın həyatında nə kimi rolu olduğunu bilir və onu qiymətləndirir. Mən isə bütün varlığımla, keçdiyim həyat yolu ilə həmişə məktəbə, müəllimə borcluyam”.
Müəllimlər günü münasibəti ilə məktəbin ikinci sinif şagirdləri öz müəllimlərinin şerlər, mahnılar, çəkdikləri rəsmlərlə təbrik etdilər.