“20 Yanvar” faciəsinin 26-cı ildönümünə həsr olunmuş tədbir

Bakı şəhəri, Nəsimi rayonu 35№li tam orta məktəbdə “20 Yanvar” faciəsinə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Azərbaycan xalqının tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılan xalqın azadlıq uğrunda canlarını qurban verən cəsur övladlarımızın- şəhidlərimizin qəhrəmanlıq mübarizəsi çox böyük hörmət və ehtiramla əziz tutuldu. Şagirdlərin ürək yanğısı ilə hazırladıqları ədəbi-bədii gecədə 26 ildir xalqımızı şəhidlər önündə baş əyməyə, ölənlər üçün qanlı göz yaşı tökməyə vadar edən dəhşət, Azərbaycan xalqına atılan güllələr,vəhşiliklərlə tapdalanan insan cəsədləri,meyitlər üstündə inləyən anaların göz yaşları işıqlandırıldı. Bu günü tarixi faciə kimi yaşasaqda azadlıq, müstəqillik üçün hayqıran şəhidlərimizin Azərbaycan bayrağını bir daha göylərə qaldırması, bu bayraq altında ölərkən də baş əyməyəcəyi qeyd edildi. Tədbirdə məktəbin direktoru Rəna Naibova çıxış edərək qeyd etdi ki, şəhidlərimizin qanı bahasına qazanılan müstəqilliyimizi canımızla, qanımızla qorumalı, ümummilli liderimiz H.Əliyevin dediyi kimi, onu daimi, əbədi və dönməz etməliyik.