Son zəng sədası

İnsan ömrünün həyəcan dolu, həm sevincli, həm kədərli bir günü. Azərbaycan bayrağının gətirilməsi ilə başlanan bu günü yaşayan şagirdlərimizi həyata uğurlamaq üçün müəllimlərimiz və Nəsimi Rayon İcra Hakimiyyətinin nümayəndəsi onlara ürək sözlərini dedilər, müəllimlərimiz bunun necə bir hiss olduğunu, əziyyətini çəkdikləri şagirdlərdən ayrılacaqlarını, onların həyat yolunda nələrin baş verə biləcəyini fikirləşdikcə kədərlənir, lakin zəhmətinin bəhrəsi bar verdikcə sevinir, qürurlanırlar. Belə qürurverici günlərdən biri bu gün- 14 iyunda məktəbimizdə qeyd olundu. Üzlərindən sevinc yağan kövrək övladlarımız həyat yoluna qədəm qoydular, onlar üçün məktəbin son zəngi çalındı.

Şagirdlərimiz üçün hazırlanan musiqi nömrələri, rəqs, kiçik yaşlı şagirdlərimizin onları təbrik etmək üçün oxuduğu mahnı həm qonaqlarımızın, həm də məktəbi bitirən şagirdlərimizin alqışlarına səbəb oldu.

Təhsildə, məktəbin ictimai işlərində, bilik yarışlarında fərqlənən şagirdlərimizə diplomlar verildi. DİM-in qəbul imtahanında 600-dən çox bal toplayan şagirdlərimizə diplomla yanaşı hədiyyələr təqdim olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi