Cümhuriyyət
Bir əsrdə iki dəfə müstəqillik qazanan ölkəmiz 100-cü ildir ki, ilk qazandığı müstəqilliyin sevincini yaşayır. Hər il olduğu kimi bu il də məktəbimizdə şərqdə ilk müstəqil dövlət kimi tanınan Azərbaycanın bu gününü-28 May Cümhuriyyət gününü fərəhlə qeyd edir, az yaşamasına baxmayaraq, şirinliyini daddığımız həmin günü müxtəlif tədbirlərlə qeyd edirik. Bu məqsədlə məktəbimizdə fotostendlər təşkil olunmuş, şagirdlərimiz həmin günə həsr olunmuş təqdimatlar hazırlamış, dəyirmi masalar təşkil edilərək fikir mübadiləsi aparılmışdır.