Məktəbimizin Respublika fənn olimpiadası qalibi.

May ayının 15-də Respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi keçirildi. Respublika üzrə 298 nəfər qalib arasında məktəbimizin XI sinif şagirdi  Mirtalıbova Röya da vardı. Respublika fənn olimpiadasında iştirak etmiş Röya fənn olimpiadasının qaliblərindən olmuş, oxuduğu 11 il müddətində dərslərdə mütamadi iştirak etmiş, yaxşı oxuması, elmə böyük maraq göstərməsi ilə daim müəllimlərin diqqət mərkəzində olmuşdur. Elm sahəsində keçirilən tədbirlərdə, müsabiqələrdə iştirak etmiş, həmişə qaliblər sırasında olmuşdur. 2016-2017-ci tədris ilində “Uğurlu gələcəyə 10 il!”mövzusunda Amerika səfirliyi və AMİB-in birgə təşkil etdiyi konfransın qalibi olmuş Röya qəbul imtahanından 700 bal toplamağı, “Sabah qrupu”nun üzvləri sırasında olmağı,  müstəqil dövlətimizin vətəndaşlarının hüquqlarını ədalətlə həll etməyi qarşısına məqsəd qoyan  şagirdimizə qarşısına qoyduğu məqsədə çatmaqda uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi