Müstəqilliyimiz əbədidir

Müstəqil yaşamaq, kimsədən asılı olmamaq bütün insanların,  xalqların, ən önəmlisi isə ölkələrin çox böyük amalı, arzusudur. Bu  arzunu şərqdə ilk müstəqil ölkə olan Azərbaycan 1918-ci il mayın 28-də qazandı. Uzun sürməsə də, dadı damaqlardan  getməyən  bu müstəq        illik xalqımızın həyatını dəyişdirdi, gözünü açdı, bir bayraq altında birləşməyin xoşbəxtliyini yaşatdı.

     Bir əsrdə iki dəfə müstəqillik qazanmaq hər dövlətə qismət olmaz, lakin bunu Azərbaycan qazandı. Əsası  F.Xoyski, Ə.M.Topçubaşov,  M.Ə.Rəsulzadə və digər tarixi şəxsiyyətlərimiz tərəfindən qoyulan müstəqilliyi  yenidən XX əsrin sonlarında yaşadıq və ulu öndərimiz H.Əliyevin xalq, vətən sevgisi ilə ayaqda tuta bildik.

   Bütün bunların necə qazanıldığını Azərbaycan uğrunda qorxmadan insanlarımızın canından, qanından keçməyə hazır olduqlarını və keçdiklərini şagirdlərimizə çatdırmaq üçün 5b sinif şagirdləri ilə kitabxananın oxu zalında dəyirmi masa təşkil edildi. Məktəbin tarix müəllimi S.Məmmədova şagirdlərə müstəqilliyin necə əldə edildiyi haqqında məlumat verdi. Şagirdlərimiz in sualların cavablandırdı. Kitabxanaçı  M.Qasımova  AXC ilə bağlı kitablarla uşaqları tanış etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi