Qayğıkeş Ana

Azərbaycanın tibb elmi sahəsində öz elmi kəşfləri ilə yüksək pillədə dayanan, ulu öndərimizin vəfalı ömür-gün yoldaşı, övladlarının təlim-tərbiyəsi, gözəl gələcəyi üçün ömrünü verməyə hazır olan qayğıkeş ana Z.Əliyevanın 95-cü ildönümü münasibəti ilə məktəbimizdə onun ömür yolunu əks etdirən sərgi təşkil edildi, görkəmli oftalmoloq-alim, akademik Z.Əliyevanın əziz xatirəsi sonsuz məhəbbətlə yad edildi.Fitri istedada malik novator alimin həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Z.Əliyevanın adı bu gün Azərbaycanda böyük fəxrlə, sonsuz qürur hissi ilə səslənir. Ölkəmizdə ana adının ucalığı, ömür-gün yoldaşının sədaqəti, nurlu həkimliyin müqəddəsliyi onun adı ilə əbədiləşir. O, tibb elmimizin zirvəsində parlayan əbədiyyət Günəşi kimi səciyyələndirilir.