Bayramlarımız

Məktəbimizin ibtidai sinif müəllimləri ardıcıl olaraq Yeni il bayramını sinifləri ilə birlikdə qeyd edirlər. 30.12.2015 ci il tarixində Taliyə müəllimənin təşkilatçılığı ilə 3C-sinifində həm Yeni il, həm də Həmrəylik günü münasibəti ilə tədbir təşkil edilmişdir.Tədbirdə şagirdlər şeirlər söylədilər, çıxışlar etdilər, səhnəciklər göstərdilər.30 dekabr 2015-ci il tarixdə mektəbimizdə Dünya Azərbaycanlılarının Həmrəylik gününə və Yeni il bayramına həsr olunmuş şənlik keçirildi. Məktəbin girişində əsl bayram əhval -ruhiyyəsi hiss olunurdu.Məktəbin ingilis dili müəllimi Sedaqət Məmmədova hazırladığı tədbirdə Azərbaycan, rus və ingilis dillərində çıxışlar səsləndi. Rəngarəng musiqi nömrələri və səhnəciklər bayramı daha da canlandırırdı. Bayram şənliyi hər kəsə xoş təssürat bağışladı. Tədbirdə iştirak edən məktəbin direktoru Rəna Naibova şənliyin təşkilatçılarına, çıxış edən şagirdlərə öz minnətdarlığını bildirdi və pedaqoji kollektivi, şagird və valideynləri Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibətilə təbrik edərək onlara xoş arzularını çatdırdı