“Qəbul imtahanı həyəcanının aradan qaldırılması”

24 aprel tarixində məktəbdə “Qəbul imtahanı həyəcanın aradan qaldırılması” mövzusunda seminar keçirildi.Seminarda məktəbin 11- ci sinif şagirdləri , psixoloq və direktor müavinləri iştirak etdilər.Psixoloq Könül Hüseynova öz çıxışı zamanı qeyd etdi ki, imtahana hazırlaşan  hər bir abituriyent psixoloji cəhətdən hazır olmalıdır.Bunun üçün ətraf  mühit əsas götürülür.Həmin abituriyenti əhatə edən insanlar: müəllimlər, valideynlər, çox diqqətli olmalı, onlara dəstək verməlidir.   Bunun  üçün isə məktəblə valideyn arasında sıx əlaqə olmalı,qarşılıqlı münasibət qurulmalıdır.Elə etmək lazımdır ki, imtahana hazırlaşan  şagird gərginlikdən uzaq olsun.Müəllim və valideynlər onların psixologiyasına uyğun  hərəkət etməli, onları başa düşməli və uğur qazanmaları üçün onlara yardımçı olmalıdırlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi