Aprel döyüşləri

Azərbaycan ordusunun nəyə qadir olduğunu, yarandığı gündən hazıra qədər hansı çətinliklərdən keçdiyini, onların vətənimizi necə qoruduqlarını, xalqın keşiyində ayıq-sayıq dayandıqları üçün bizim bugünkü rahatlığımıza görə onlara borclu olduğumuzu hamımız bilirik.
İşğal altında olan torpaqlarımızın iki il əvvəl az müddət ərzində bir hissəsinin necə azad olunduğu, əsgərlərimizin göstərdiyi igidliklər, azadlıq üçün ölümə göz açan oğullarımız şəhidlik zirvəsinə yüksələn qəhrəmanlarımız bir daha sübut etdilər. Bu oğullar şagirdlərimiz üçün örnək, xalqımız üçün fəxrdir. Bunu bilərək aprel döyüşlərində qazanılan torpaqlar, axıdılan şəhid qanının yerdə qalmayacağnı anladan tədbirlər, dəyirmi masalar, açıq dərslər keçirir tarixə yazılan bu səhifəni şagirdlərimizin gözləri önündə vərəqləyirik. Bu məqsədlə keçirilən dəyirmi masada “aprel döyüşləri və onların iştirakçıları” barədə məlumat verildi, qısametrajlı film nümayiş etdirildi. Şagirdləri maraqlandıran suallara cavab verildi. Tarix müəllimi S.Məmmədovanın təşkilatçılığı ilə keçirilən bu tədbir şagirdlərimizdə vətənpərvərlik hissinin daha da artırılmasına, vətən sevgisinə təkan oldu. Sonda məktəbin direktoru R.Ə.Naibova aprel döyüşləri ilə bağlı fikir söylədi və Prezidentimizin ordumuza qayğısı haqqında məlumat verdi.