Tariximizin pozulmaz yaddaşı-31 Mart

1918-ci il 31 mart on minlərlə azərbaycanlının mənfur ermənilər tərəfindən qətlə yetirildiyi, itkin salındığı, müxtəlif regionlarda torpaqlar altında gizlədildiyi soyqırım günüdür.
100 ildir ki, xalqımız bu ağrı-acını qəlbində daşıyır. Ürəklərə qüssə, kədər gətirən bu dərdin acısı heç vaxt Azərbaycan xalqının ürəyindən silinmir və silinməyəcək.
Silinməsi mümkün olmayan bu ağır günün və baş verən faciənin ağrısı xalqımızın başına dəfələrlə, təkrar-təkrar gətirilmiş,hər dəfə də torpaqlarımızın bir hissəsi işğal olunmuşdur.
Bu qırğınlar Bakı ilə yanaşı ölkəmizin müxtəlif rayonlarında da həyata keşirilmiş və on illiklərlə xalqdan gizlədilmişdir. Belə yerlərdən biri də Quba ərazisində olan faciənin sonradan tapılan və ürəyimizə dağ çəkən, özləri deyil, sümükləri bir-birinin üstünə qalaqlanan məzarlığıdır.
Ürək sızladan bu görüntülər Azərbaycanın tarixidir. Bu tarixi bugünkü şagirdlərimizin yaddaşına əbədi yazmaq,onlara həmin yerləri canlı göstərmək üçün ekskursiyalar təşkil edirik, şəhid məzarlığında onlarla qalaqlanan insan sümükləri və onların xatirəsini əbədiləşdirən muzeydəki görüntülər haqqında muzey işçilərinin verdiyi məlumatlar şagirdlərimizi tarixin qanlı səhifəsi ilə daha yaxından tanış edir.