31 Mart – Azərbaycanlıların Soyqırımı Günü

31 Mart 1918-ci il Azərbaycan dövlətinin və xalqının ən ağır və ağrılı günlərindən biri.
Soyqırım…Dəfələrlə mənfur ermənilər tərəfindən xalqımızın başına açılan müsibət. Bu müsibətdə öldürülən, itkin düşən, uzun illərdən sonra sümükləri torpaq altından tapılan insanlarımızın tarixə qara xətlə yazılan faciəvi həyatı. Bu həyatı bu gün şagirdlərimizə anlatmaq, onların yaddaşında yazmaq üçün məktəbimizdə müxtəlif tədbirlər, dəyirmi masalar təşkil edir, açıq dərslər keçiririk. 6b sinif şagirdlərinin iştirakı ilə təşkil edilən “dəyirmi masa” da bu hadisələrə həsr edilmişdir. Burada şagirdlər hadisə ilə əlaqəli fikirlərini söylədilər, sualları cavablandırdılar, şagirdlərə 31 mart faciəsini əks etdirən film nümayiş etdirildi, şəkillər göstərildi.