Milli mənəvi dəyərlər və müasirlik

Hər bir xalqın,millətin özünəməxsus mənəvi dəyərləri, onun tarixini əbədiləşdirən, dünyaya tanıdan keyfiyyətləri, dili, dini, tarixi şəxsiyyətləri, ağlı, zəkası ilə elm aləmində yeni cığırlar açan alimləri, qurub-yaradan, yaratdıqlarını tarixin səhifələrinə pozulmaz xətlə yazan zəka sahibləri var. Azərbaycan dünyanın belə imkanların ən öndə dayanan dövlətlərindən biridir.Vətənimizin yeraltı və yerüstü sərvətləri, ilk insan məskənindən bu günə qədər  gələn tarixi abidələri, bu abidələri yaşadıb qoruyan qurucuları var. Tariximizin hər səhifəsi bu günkü gənclik üçün örnəkdir. Həmin səhifələri bizim milli musiqimiz, ədəbiyyatımız, millətimizə xas adət- ənənlərimiz, bütün bu dəyərləri yaradan və bugünkü nəslə yadigar qoyan şəxsiyyətlərin əməkləri var.

Tariximizin, milli mənəvi dəyərlərimizin yaşadılması və qorunması üçün yuxarı sinif şagirdləri ilə diskusiyalar keçirir, onların keçmişdən bu günümüzədək gələn tariximizin nece qorunması haqqında fikirlərini öyrənir və onların bu dəyərlərə yiyələnməsi üçün çalışırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi