“Novruz bayramı” adət- ənənələri

N ovruz Azərbaycanın ən sevimli, adət ənənəsi, dəyərləri ilə xalqımıza xas bayramdır. Bu bayram Azərbaycan xalqının etnokulturologiyasında özünəməxsus yeri olan milli bayramdır. Novruz bir bayram kimi baharın gəlməsi münasibətilə geniş miqyasda qeyd olunur. Soyuq qışın sona çatması, təbiətin oyanmsı, kol ibindən bənövşənin yamaclara rəng verən nərgizlərin gözəl görkəmi ilə yurdumuza qədəm qoyan Novruzu xalqımız çox böyük həvəslə qarşılayır.Evlərə sevinc, təbiətə gözəllik gətirən bu bayramda xalqımız milli adətlərimizin yaşadılması, sonrakı nəsillərə çatdırılması üçün bərəkətli buğdadan səməni yetişdirir. Yaşıl səməni üzərinə rəngbərəng çiçəklər düzür, süfrələrin bəzəyi olan şirniyyatlar bişirir, evlərdə şənliklər keçirir, gələn qonaqları sevinclə qarşılayır, Novruzun çərşənbələrini hər birinin adına uyğun qarşılayır və yola salırlar.
Belə adətləri şagirdlərimiə daha mükəmməl anlatmaq üçün onlarla tədbirlər təşkil edir, məlumat veririk. Şagirdlərlər şeirlərsöyləyir, öz fikirlərini bölüşürlər