Dostluq, Дружба, Friendship

Məktəbimizdə “Dostluq, Дружба, Friendship” baslığı altinda tədbir keçirildi. Üç dildə-Azərbaycan, Rus və İngilis dillərində keçirilən bu tədbirdə əsas məqsəd multikultural dəyərlərin qorunması, inkişaf etdirilməsi və şagirdlər tərəfindən mənimsənilməsi əks etdirildi.
Şagirdlərin söylədikləri şeirlər, dialoqlar, ifa etdikləri səhnəciklər, əsərlərdən monoloqlar və dostluğu əks etdirən nağıllar çox maraqlı və yaddaqalan oldu. Müxtəlif dövlətlərin bayraqları, milli geyimlər ilə çıxış eden şagirdlər ölkələri təmsil etdilər. Multikultural dəyərlərlə yanaşı şagirdlər vətənpərvərlik mövzusunda şeirlər söylədilər, mahnılar oxudular. İstedadlı şagirdlər doğma Qarabağımızı tərənnüm edən muğam və mahnıları ilə tədbir iştirakçılarının və qonaqların alqışlarını qazandı.
Tədbirin ən yaddaqalan hissəsi “Biz sülh tərəfdarıyıq” və “ Biz qalib gələcəyik” adlı mahnılar oldu. Bu mahnılar Azərbaycan xalqının keçmişini, bu gününü və gələcəyini öz misralarında bir daha əks etdirdi. Məktəbin direktoru R.Ə.Naibova çıxış edərək Azərbaycanın dünyanın multikulturalizm, tolerantlıq, humanitar əməkdaşlıq mərkəzinə çevrilməsini qeyd etdi.
Ölkəmizdə “Multikulturalizm ili” elan edilməsi də təsadüfi deyil. Tədbirin təşkilatçıları-ingilis dili müəllimləri S. Məmmədovaya,R.Mehdiyevaya, G.Əhmədovaya , rus dili müəllimləri S.Qədirovaya, Ə.Qasımovaya, şagirdlərə dəyərli tədbir təşkil etdiklərinə görə təşəkkür etdi.