Məktəbin müəllim və şagirdləri yaz günləri ilə bağlı dərsdən sonra iməclik keçirtdilər. İməclikdə məktəbin sinif otaqlarında, həyətyanı sahədə təmizlik işləri aparıldı. Gül dibçəkləri təzələnib suvarıldı. İməclikdə müəllim və şagirdlər böyük ruh yüksəkliyi ilə fəal iştirak etdilər.