“Göyərçin” mövzusunda keçirilən açıq dərs

Şagirdlərin müasir proqramı mənimsəməsi, fənnə maraqlarının artırılması, kiçik yaşlarından hər hansı asan və çətin sahəni müəyyənləşdirməyi bacarmaları üçün onlarla müxtəlif tədbirlər, dəyirmi masalar, açıq dərslər, görməli yerlərə ekskursiyalar təşkil edir, zövqlərini oxşayan oyun-əyləncələrdən istifadə edirik.
2b sinfində Azərbaycan dili fənnindən “Göyərçin” mövzusunda keçirilən açıq dərs də belə nümunələrdəndir. Dərs zamanı şagirdlər quşlar haqqında fikirlərini söylədilər, sərbəst şəkildə fikir mübadiləsi qurdular. Dərs proyektorla lövhədə əks etdirildi, quşlar haqqında həzin səslənən musiqi, göyərçinin sülh quşu olması onlara çatdırılmaqla yanaşı, şagirdlərin səhnəciklər göstərməsi dərsin marağını daha da artırdı.