“Çeviklik qabiliyyəti”

İdmanın sağlamlığın rəmzi olduğunu hamımız bilirik. Şagirdlərə öyrədirik ki, sağlam bədəndə sağlam ruh olur. Bunu nəzərə alan müəllimlərimiz şagirdlərlə müxtəlif vasitələrdən istifadə edir, açıq dərslər keçirir, hərəkətlərinin, dərsə münasibətinin necə qurulduğunu, necə olduğunu müəyyənləşdirirlər. Belə açıq dərslərdən biri də 5b sinfində A.Rzayevin “Çeviklik qabiliyyəti. Texniki fəaliyyət bacarıqlarına yiyələnmə” mövzusunda keçirdiyi dərs oldu. Dərsdə şagirdlər müxtəlif gimnastik hərəkətlər edərək öz bacarıqlarını nümayiş etdirdilər. Qruplara ayrılaraq estafet formalı yarış oyunu keçirdilər. Oyunun tərkibində qaçmaq, dırmanmaq, qolların gimnastika stolunda açılıb-bükülməsi və s. hərəkətlər yerinə yetirildi. Dərsdə nümayiş etdirilən hərəkətlər dövlət proqramına uyğun yerinə yetirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi