Siz azərbaycanlı olduğunuzla, biz də sizinlə olduğumuzla fəxr edirik.

Azərbaycan tarixinin qurucusu, onun bütün ağırlıqlarını çiyinlərində daşıyan, ağırlığa baxmayaraq hər zaman şux dayanan ulu öndər Heydər Əliyev. Bu insan özü bir tarix, qalın tarix kitabına qızıl xətlərlə yazılan, hər vərəqində xalqın səsi duyulan bir insan. Həyat tarixini vərəqləyəcək irsinin öyrənilməsi, gəncliyimizin bu yönümdə tərbiyələndirilməsi üçün Bakı Şəhər üzrə Təhsil İdarəsi və Yeni Azərbaycan Partiyası birlikdə tədbirlər təşkil edir, seminarlar keçirir, ulu öndərin həyat yolunun öyrənilməsi, xalq, vətən üçün etdiklərinin işıqlandırılması, vətən sevgisi, onun təşkilatçılıq qabiliyyəti, tükənməz enerjisi, işgüzarlığı, təşəbbükarlığı haqqında ətraflı məlumatlar verilir. Bugünkü gənclik dərin zəka sahibi, həyatımın çox hissəsini Azərbaycan xalqının xoşbəxt gələcəyinə həsr etmiş. Ulu öndərin irsini davam etdirir, onun dilimizə, dinimizə verdiyi dəyərləri öyrənir, haqqında özünə layiq olan əsərlər yaradır, filmlər çəkir, şeirlər yazır, ürək sözlərini dünyaya çatdırmağa çalışırlar. H.Əliyev Azərbaycan xalqının və dünya azərbaycanlılarının tarixi örnəyi, qüruru, sevgi və ilham mələyidir. Bu mənbəyə olan sevgi heç vaxt tükənmir və işıqlı gələcək üçün çıraqdır, mayaqdır.