Rəsm müsabiqəsi

Qan yaddaşımız, Azərbaycan tarixinə qanla yazılan, erməni təcavüzü nəticəsində yer üzündən silinən, xatirəsi qəlbimizi göynədən Xocalı. Hər il müxtəlif tədbirlər, rəsm, inşa müsabiqələri ilə yaddaşlarda təzələdiyimiz 26 fevral. Bu günün acısını duyan körpə fidanlarımız ürəklərindən gələn sözləri vərəqlərə yazır, boyalarla rəsm edirlər. Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkil etdiyi rəsm müsabiqəsində məktəbimizin 8b sinif şagirdi R.Könülün “Xocalı” rəsmi müsabiqənin qaliblərindən olmuş və şəhadətnamə ilə təltif edilmişdir.