ADU-nun pedaqoji təcrübədə olan tələbələri Xocalı soyqırımı ilə bağlı 35 nömrəli tam orta məktəbdə tədbir təşkil ediblər

Fevralın 26-də Azərbaycan Dillər Universitetinin Təhsil fakültəsinin pedaqoji təcrübədə olan qiyabi və əyani şöbələrində təhsil alan tələbələrin birgə təşkilatçılığı ilə Nəsimi rayonu 35 nömrəli tam orta məktəbdə Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himni səslənməsi ilə başlayan tədbirdə Azərbaycan Dillər Universitetinin İngilis dilinin tədrisi metodikası kaferdasının müdiri, professor Gülnar Hüseynzadə, Nəsimi rayonu 35 nömrəli tam orta məktəbin direktoru Rəna Naibova, ADU-nun Təcrübə, professional inkişaf və karyera mərkəzinin direktoru, universitet üzrə Pedaqoji təcrübənin rəhbəri Məmməd İsmayılov, təcrübə rəhbərləri Zenfira Abdullayeva, Arif Əsədov, Nəsimi rayonu 35 nömrəli tam orta məktəbin təlim-tərbiyə işlər üzrə direktor müavini Azad Sofuyev və xaricidilfənnmetodbirləşmə sədriSədaqətMəmmədovaiştirak ediblər.
Tədbirdə Xocalı soyqırım şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib və telejurnalist Çingiz Mustafayevin lentə aldığı kadrlar əsasında hazırlanan slayd göstərilib.
Tədbiri giriş sözü ilə açan Nəsimi rayonu 35 nömrəli tam orta məktəbin direktoru Rəna Naibova qonaqları salamlayaraq ümummilli lider Heydər Əliyevin hakimiyyəti gəldikdən sonra Xocalı fəciəsini dünyaya çatdırmaq üçün əlindən gələn etdiyini bildirib. Direktor tədbiri yüksək səviyədə təşkil edikləri üçün ADU-nun qiyabi və əyani şöbələrinin tələbələrinə dərin təşəkkürünü bildirib.
Xarici dillərin tədrisi metodikası kaferdasının müdiri, professor Gülnar Hüseynzadə məktəb direktoru Rəna Naibova və təhsil müəssəsinin xarici dil fənn metodbirləşmə sədri Sədaqət Məmmədova başda olmaqla tədbirin ərsəyə gəlməsində əməyi keçən təcrübəçi tələbə və şagirdlərə təşəkkürünü bildirib. Gülnar Hüseyndazə bu cür təbdirlərin xaricdə yaşan azərbaycanlılar tərəfindən də yüksək səviyədə digər ölkələrdə təşkil olunduğunu xüsusi qeyd etdi.
Şagirdlər tərəfindən XX əsrin ən dəhşətli qətliamı olan Xocalı soyqırımı və onun ağır nəticələri haqqında Azərbaycan və İngilis dilində məlumat verilib, şeirlər və nəğmələr səsləndirilib, səhnəçiklər göstərilib,
Qeyd edək ki, pedaqoji təcrübədə olan tələbələr və tam orta məktəb şagirdlərin Xocalı soyqırımına aid çəkdiyi şəkillər və əl işlərindən ibarət sərgi nümayiş olunub.