Məktəbdə və sinifdə şagird davranış qaydaları

Məktəb təhsil ocağı olduğu kimi, həm də tərbiyə ocağıdır. Bu ocağın istisində düzgün qızına bilməyən şagirdin gələcək həyatında da bir soyuqluq olur. Hazırki cəmiyyətdə uşaqları tərbiyələndirmək, onları düzgün yolla böyütmək həm ailənin, həm də məktəbin üzərinə düşür. Düzdür, uşaq ilk tərbiyəni ailədən alır və məktəbdə, yaşadığı cəmiyyətdə formalaşır. Formalaşmanın düzgün aparılması isə ən çox məktəblə bağlı olur. İlk öncədən şagirdi məktəbin “Şagird qaydaları” ilə tanış etmək, öyrətmək, ailədə aldığı tərbiyəni daha təkmilləşdirmək məktəbin və müəllimlərin üzərinə düşür.
Hər bir şagirdə biz bir subyekt kimi yanaşır, onların ailəsi ilə söhbət aparır, tam psixologiyasını müəyyənləşdirir, həmin yönümdə tərbiyə aparır, ailədə və məktəbdə necə davranmağı öyrədirik.
Mən bir psixoloq kimi hər bir şagirdin psixologiyasını müəyyənləşdirir, həm ibtidai, həm də yuxarı siniflərdə onlarla söhbətlər aparır, lazımi tövsiyyələr verirəm.