BEYNƏLXALQ ANA DİLİ GÜNÜ

Bütün dünyada Beynəlxalq Ana dili günü kimi qeyd olunan 21 fevral hər il olduğu kimi bu il də məktəbimizdə müxtəlif formalarda qeyd edildi. VIII b sinif şagirdlərinin iştirakı ilə təşkil edilən tədbirdə şagirdlər dillə bağlı məlumat verdilər, şeirlər söylədilər, dilin insanın mənəvi aləminin əks-sədasını əks etdirdiyini, hər bir millətin, xalqın taleyi, onun mənliyi, mənəviyyatı və mədəniyyəti, varlığın təzahürü olduğunu çatdırdılar. Ana dilinin əvəzsiz milli sərvət və qan yaddaşı olduğunu qeyd etdilər. Dünya dilləri arasında öz gözəlliyi ilə seçilən Azərbaycan dilinin günü- gündən təkmilləşdiyini, dövlət statusuna yüksəldiyini,tarixi hadisə ,milli dövlətçilik tarixinin qızıl səhifəsinə çevrildiyini, dünyanın ən mötəbər tribunalarından səsləndirildiyini qürur hissi ilə qeyd etdilər. Ana dilimizin gözəl bilicisi, mahir natiq, ulu öndər Heydər Əliyevin Azərbaycan dilini millətin milliliyini saxlayan vasitə hesab edərək söylədiyi “ Öz dilini bilməyən ,öz dilini sevməyən adam öz tarixini də yaxşı bilməz” fikri ilə yekunlaşdırdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi