Xocalı soyqırımının iyirmi altıncı ildönümü ilə əlaqədar divar qəzetləri və guşələrin hazırlanması

 

1992-ci il Xocalı soyqırımından iyirmi altı il keçir. Xocalı soyqırımı ilə bağlı məktəbin tədbirlər planına əsasən məktəbdə silsilə tədbirlər keçirilir. Bu tədbirlərdən biri də məktəbdə bütün siniflərdə divar qəzetləri, bülletenlər, foto-stendlər və guşələr hazırlanmasıdır. Görülmüş işlərdə ermənilərin işğalçılıq siyasəti zaman-zaman amansız terror aksiyaları və kütləvi qırğınlar kimi cinayətləri öz əksini tapmışdır. Tarixdə bənzəri olmayan bu cür qəddarlıq və vəhşilik XX əsrdə dünyanın heç bir ölkəsində olmadığı göstərilmişdir. Şagirdlərimiz əmindirlər ki, güclü Azərbaycan dövləti tezliklə bu ədalətsizliyi dəf edəcək, Xocalı şəhəri azad ediləcək, köçkünlər ata-baba yurdlarına dönəcəklər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi