Memorial Soyqırım muzeyində

Məktəbin tədbirlər planına uyğun olaraq məktəbimizin yuxarı sinif şagirdləri Xocalı soyqırımının iyirmi altıncı ildönümü ilə bağlı Respublika Hərbi Prokurorluğunun inzibati binasında fəaliyyət göstərən Memorial Soyqırım muzeyində olmuşlar. Şagirdlər muzeyin dörd bölmədən – tarix, deportasiyalar-represiyalar, soyqırımlar və terror bölmələrdən ibarət olduğunun şahidi oldular. Muzey XX əsrdə erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğın və soyqırımlar nəticəsində həlak olan azərbaycanlıların xatirəsinə həsr olunubdur. Muzeyin yaradılması ilə tanışlıqdan sonra şagirdlər "Əsrin faciəsi" sənədli filminə baxdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi