Hərəyə bir kitab bağışlayaq

Müdriklərimiz qeyd edirlər ki, oxuduğun kitabı yenidən oxumaq keçmiş dostu yad eləmək, yeni kitab oxumaq isə yeni dost qazanmaqdır. Bunu nəzərə alaraq 14 fevral “Beynəlxalq Kitab Bağışlama günü” münasibəti ilə 5№li Uşaq-Gənclər İnkişaf Mərkəzi və məktəbimiz birlikdə “Hərəyə bir kitab” adlı tədbir keçirmişlər. Tədbirdə əsas məqsəd uşaqlarda mütaliə vərdişlərinin aşılanması, uşaqlar arasında elmə, biliyə həvəsin artırılması, düzgün, ifadəli oxumaq bacarığının formalaşdırılmasıdır. Təşkil olunan tədbirdə məktəbin müəllim və şagirdləri, F.Köçərli adına Respublika kitabxanasının müdiri Şəhla Qənbərova, 5№li Uşaq-Gənclər İnkişaf Mərkəzinin müəllimləri, uşaqların sevimlisi olan yazıçı və şairlərimiz iştirak etmiş, şagirdlərimizə oxunun əhəmiyyəti haqqında danışmış, müxtəlif məsləhətlər vermişlər. Yazıçı Gülzar İbrahimova, Qəşəm İsabəyli, Aygün Bünyadzadə öz kitablarını və digər kitabları şagirdlərimizə hədiyyə etmiş, verilən sualları cavablandırmışlar. Məktəbin direktoru R.Ə.Naibova tədbirin gedişində iştiraklarına, şagirdlərimizə verdikləri məsləhətə və bağışladıqları kitablara görə gələn qonaqlara təşəkkürünü bildirmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi