Yarat müasir incəsənət mərkəzi ilə tanışlıq

Məktəbin 8a sinif şagirdləri Yarat Müasir İncəsənət Mərkəzi ilə tanış oldular. Mərkəzin əməkdaşları şagirdlərə mərkəz haqqında geniş məlumat verdilər. Yarat-ın incəsənət nəşrlərindən tərtib olunmuş kolleksiya çox maraqlı idi. Şagirdlər rahat abı-havalı şəraiti olan oxu zalı, kino zalı, konfrans zalla da tanış oldular. Qısa fraqmentli filmlərə tamaşa etdilər. Mərkəzlə tanışdıqdan sonra mərkəzin toplantı zalında şagirdlər arasında oyun keçirildi. Altı komandadan ibarət olan oyunda qalib komanda seçildi və mükafatlandırıldı. Mərkəzdə şagirdlər xatirə olaraq müxtəlif şəkillər çəkdirdilər.