“REPRODİKTİV SAĞLAMLIĞIN TƏDRİSİ” PROQRAMI ÇƏRÇİVƏSİNDƏ SEMİNAR.

Məktəbimizdə Təhsil Nazirliyinin təşəbbüsü ilə “Reprodiktiv sağlamlığın tədrisi” proqramı çərçivəsində seminar təşkil edildi. Seminarı “Ümidli Gələcək” Gənclər İctimai Birliyinin əməkdaşları apardı. Seminarda VI sinif qızları və valideynlər iştirak etdilər. İctimai birliyin əməkdaşları şagirdlərin sağlam böyüməsi, onların zərərli vərdişlərdən qorunması, habelə gələcəkdə sağlam ailə qurması üçün uşaq və yeniuetmələr arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıqla bağlı məlumat verdi və onlara bu məlumatı əks etdirən video çarx nümayiş etdirdi. Seminarda şagirdləri maraqlandıran suallara cavab verildi. Seminarın sonunda şagirdlərə hədiyyə təqdim edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi