Ədəbiyyat biliciləri

Mütaliə etmək, yazılanları oxumaq,oxuduğundan nümunə götürmək şagirdlərin qarşısında duran məsuliyyətli işlərdən biridir. Şagirdlərin dünya görüşlərinin genişlənməsini, Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında məlumatlılıq səviyyəsinin artırılmasını,onların mütaliəyə meyil və maraqlarının gücləndirilməsini nəzərə alan Azərbaycan Respublikası Təhsil Nazirliyi “Ümumtəhsil məktəb şagirdlərinin mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə” verdiyi əmrə əsasən bir neçə ildir məktəblərdə “Ədəbiyyat biliciləri” müsabiqəsi keçirir. Məktəbimizin şagirdləri də həmin müsabiqədə yaxından iştirak etmiş, çox sayda bədii kitablar oxumuşlar. Müsabiqənin məktəb mərhələsində iştirak edən şagirdlərimizdən 3 nəfəri şəhər turuna göndərilmiş və orada iştirak edərək öz mütaliə bacarıqlarını nümayiş etdirmişlər.